`Rus-türk barışığı erməni məmurlarına zərbədir`


21:41     03 İyul 2016 erdogan-has-a-trump-card-against-putin-that-would-transform-the-syrian-war.jpg

Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması Ermənistan məhsulları üçün Rusiya bazarında mümkün problemlərdən daha çox Ermənistana qarşı əlavə təhdid və təhlükə perspektivi daşıyır.


Bu barədə Femida.az Ermənistan mətbuatına istinadən məlumat verir.
Qeyd edilir ki, rur-türk yaxınlaşması Ermənistanın fiziki mövcudluğuna təhdid törədən çoxsaylı çağırış deməkdir.

Hazırda Ermənistan hakimiyyəti iki ölkə arasında normallaşma prosesindən xeyli narahatdır. Lakin bu narahatçılıq onsuz da ağır vəziyyətdə olan Ermənistanın iqtisadi inkişafı önündə yaranacaq probləmlərə görə deyil.

Məsələ burasındadır ki, Ermənistan hökumətinin bir çox üzvləri yerli kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında şəxsi maddi maraq güdürlər. Hakimiyyət sisteminə daxil olan insanlar həmin maraqlara xidmət edirlər.
Bildirilir ki, məhz buna görə də rus-türk yaxınlaşması dövlətə deyil, həmin məmurlarına cibinə zərbə vuracaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1073


Oxşar xəbərlər